XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda cüdo məşqçiləri üçün dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək
İdman 15:38 / 22.04.2025

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə mayın 21-24-də Bakıda Dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək. Tədbir cüdo üzrə fəaliyyət göstərən məşqçilər üçün nəzərdə tutulub.

Federasiyadan verilən məlumata görə, seminarda iştirak etmək istəyən namizədlər üçün müəyyən tələblər mövcuddur. Belə ki, iştirakçılar minimum 17 yaşında olmalı və qəhvəyi kəmər dərəcəsinə sahib olmalıdırlar.

Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq və beynəlxalq səviyyədə tanınan məşqçi sertifikatı əldə etmək istəyənlər üçün zəruri mərhələ hesab olunur.

Tədbirin əsas məqsədi Dan sistemi çərçivəsində məşqçilərin nəzəri və praktiki biliklərinin yoxlanılması, onların peşəkar hazırlıq səviyyəsinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Bu cür seminarlar məşqçilərin motivasiyasının yüksəldilməsinə, peşəkar bacarıqlarının daim təkmilləşdirilməsinə və cüdo üzrə ölkəmizdə ümumi inkişaf səviyyəsinin daha da yüksəlməsinə xidmət edir.


14283 oxunub

InvestAZ