XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə kubokunun püşkü atıldı
İdman 14:08 / 22.04.2025

Azərbaycan Həndbol Federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib. Tədbirdə federasiyanın hakimlər kollegiyası, idman şöbəsinin əməkdaşları, eləcə də yarışda iştirak edəcək komandaların baş məşqçiləri iştirak ediblər.

AHF-nin idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024/2025 mövsümünə aid ölkə kuboku turnirinin aprelin 26-da "AHF Arena”da başlayacağını bildirib. Olimpiya sistemi üzrə keçiriləcək yarış 1/4 final mərhələsindən start götürəcək.

Əvvəlki mövsümün finalçısı olmuş komandalar – kişilər arasında "Azəryol” və "Bakı”, qadınlar arasında isə "Azəryol” və "Kür” kollektivləri mübarizəyə birbaşa yarımfinaldan qoşulacaqlar. Bu mərhələ oyunlarına may ayının üçüncü ongünlüyündə start veriləcək.

Tədbir zamanı iştirakçılara turnirin reqlamenti, yarış qaydaları və oyun cədvəli ilə bağlı ətraflı məlumat təqdim olunub. Eyni zamanda, püşkatmanın nəticələrinə əsasən, 9 kişi ("Azəryol”, "Bakı”, "Dinamo”, "Gənclər Birliyi”, "İdman Akademiyası”, "Kür”, "Qarabağ”, "Təhsil”, U-17) və 7 qadın ("Azəryol”, "Qarabağ”, "İdman Akademiyası”, "Azərsu”, U-16) komandası ölkə kuboku uğrunda mübarizə aparacaq.

Püşkatma mərasimi iştirakçıların suallarının cavablandırılması və turnirlə bağlı müzakirələrlə yekunlaşıb.


13478 oxunub

InvestAZ