XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya çempionumuz Avropa çempionatından kənarda qaldı 
İdman 11:30 / 22.04.2025
Monteneqroda təşkil olunacaq böyüklər arasında cüdo üzrə Avropa çempionatında iştirak edəcək yığma komandamızın tərkibində gözlənilməz dəyişiklik baş verib. Belə ki, milli komandamızın əsas üzvlərindən biri, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (-73 kq) səhhətində yaranan problem səbəbilə həkimlərin rəyinə əsasən heyətdən kənarlaşdırılıb.
Azərbaycan Cüdo Federasiyasından aldığımız məlumata görə, Olimpiya çempionumuzun əvəzinə bu çəki dərəcəsində ölkəmizi Rəşid Məmmədəliyev təmsil edəcək. "Böyük Dəbilqə” və Qran-Pri yarışlarının gümüş mükafatçısı olan Rəşid Məmmədəliyev, həmçinin bir sıra beynəlxalq yarışların da qalibi adını qazanıb.
Qeyd edək ki, Monteneqorda keçiriləcək Avropa çempionatına sabah start veriləcək. Aprelin 26-dək davam edəcək fərdi yarışlarda 48 ölkədən 414 (229 kişi, 185 qadın) cüdoçu mübarizə aparacaq. Azərbaycan komandası qitə çempionatında 15 (9 kişi, 6 qadın) cüdoçu ilə təmsil olunacaq. Aprelin 27-də isə cüdoçular qarışıq komanda yarışlarında qüvvələrini sınayacaqlar.
13808 oxunub

InvestAZ