XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Milli Aviasiya Akademiyası” bürünc medala sahib çıxdı
İdman 18:01 / 20.04.2025

Qadın voleybolçular arasında keçirilən Yüksək Liqada bürünc medalın sahibi müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Milli Aviasiya Akademiyası” və "Gəncə” komandaları arasında üçüncü yer uğrunda seriyanın ikinci oyunu keçirilib.

Matça inamlı başlayan "Gəncə” komandası ilk iki seti öz xeyrinə başa vuraraq 2:0 hesabı ilə önə keçib. Lakin sonrakı dəqiqələrdə təşəbbüsü ələ alan "Milli Aviasiya Akademiyası” növbəti iki setdə rəqibinə şans verməyib və hesabı bərabərləşdirib - 2:2. Tay-breykdə də üstün oyun sərgiləyən paytaxt təmsilçisi ümumi hesabda 3:2 hesablı qələbə qazanaraq seriyanı öz xeyrinə tamamlayıb.

Beləliklə, ilk oyunda da qələbə qazanan "Milli Aviasiya Akademiyası” iki görüşün nəticəsinə əsasən Yüksək Liqada üçüncü yeri tutaraq Azərbaycan çempionatının bürünc medalına layiq görülüb. "Gəncə” isə mövsümü dördüncü sırada başa vurub.

Qeyd edək ki, "Milli Aviasiya Akademiyası” komandasının üzvlərinə bürünc medallar çempionatın final oyunundan sonra təşkil olunacaq rəsmi mükafatlandırma mərasimində təqdim olunacaq.



14878 oxunub

InvestAZ