XƏBƏR LENTİ
06 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



U-17 Liqa yarışının I turu start götürür
İdman 23:32 / 17.04.2025

Aprelin 21-22-də yeniyetmə cüdoçular arasında U-17 Liqa yarışının birinci turu keçiriləcək. Yarış Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq. 

Yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən 100 klub və idman cəmiyyətindən ümumilikdə 873 (693 oğlan, 180 qız) cüdoçu iştirak edəcək. Gənc cüdoçular 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, cari il ərzində U-17 Liqa yarışlarının dörd turunun keçirilməsi nəzərdə tutulub. Nəticələrə əsasən, idmançıların reytinq cədvəli formalaşdırılacaq və bu sistem növbəti seçim mərhələləri üçün əsas göstərici olacaq. 




5689 oxunub

InvestAZ