XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"McLaren" pilotu Bəhreyn Qran-prisində birinci oldu
İdman 21:29 / 13.04.2025

Formula 1 üzrə Bəhreyn Qran-prisi başa çatıb. "Saxir" avtodromunda keçirilən yarışda "McLaren" komandasının avstriyalı pilotu Oskar Piastri birinci yeri tutaraq mövsümdə ikinci dəfə qalib gəlib. Bu, həm onun Formula 1-də 50-ci yarışında qələbəsi, həm də "McLaren” komandasının "Saxir”də qazandığı ilk birinciliyidir.

İkinci yeri "Mercedes" komandasının sürücüsü Corc Rassel əldə edib. Üçüncü pillədə isə "McLaren" pilotu Lando Norris qərarlaşıb.

Qeyd edək ki, Oskar Piastri yarış öncəsi keçirilmiş sıralama turunda da ən sürətli pilot olmuşdu. Bu nəticə ilə avstraliyalı gənc sürücü həm sıralama, həm də əsas yarışda parlaq performans nümayiş etdirərək mövsümə inamlı start verib.



16544 oxunub

InvestAZ