XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Eldəniz Əzizli Avropa çempionatında gümüş medal qazandı
İdman 21:10 / 12.04.2025

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

55 kq çəkisində mübarizə aparan təcrübəli idmançı finalda rusiyalı Emin Seferşayevə (UWW) məğlub olaraq ikinci yeri tutub.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə Avropa çempionatında qızıl medala sahib olmuşdu. Bu gün isə Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda döyüşəcəklər.



13228 oxunub

InvestAZ