XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Misli Premyer Liqasında XXX turun ikinci oyun günündə qonaq komandalar üstün olub
İdman 22:29 / 12.04.2025

Futbol üzrə Misli Premyer Liqasında XXX turun növbəti oyunları keçirilib. Gün ərzində baş tutan iki qarşılaşma ilə turnir cədvəlində maraqlı dəyişikliklər qeydə alınıb.

Turun ilk oyunu Tovuz şəhərində baş tutub. "Turan Tovuz” doğma meydanda "Sabah” komandasını qəbul edib. Qarşılaşma ev sahiblərinin üstünlüyü ilə keçib və 2:1 hesabı ilə yekunlaşıb. Bu nəticə ilə "Turan Tovuz” xallarının sayını 47-yə çatdıraraq turnir cədvəlində 4-cü pillədəki mövqeyini möhkəmləndirib. "Sabah” isə 36 xalla 5-ci yerdə qalıb.

Günün digər görüşü Sumqayıtda oynanılıb. "Sumqayıt” klubu "Şamaxı”nı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən matçda qonaqlar 2:1 hesablı qələbə qazanaraq vacib xallar əldə ediblər. Bu nəticədən sonra "Şamaxı” xallarının sayını 31-ə yüksəldərək 7-ci yerə yüksəlib. "Sumqayıt” isə 29 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXX turun açılış matçında "Qarabağ” səfərdə "Səbail” üzərində 4:1 hesablı inamlı qələbə qazanmışdı.

Tur çərçivəsində son oyunlar aprelin 13-də keçiriləcək iki görüşlə başa çatacaq.


15680 oxunub

InvestAZ