XƏBƏR LENTİ
06 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Tərtərdə cüdo zalının açılışı olub
İdman 16:40 / 13.04.2025
Tərtər Olimpiya İdman Kompleksinin nəzdində cüdo zalı fəaliyyətə başlayıb. Açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Tataminin ümumi ölçüsü 112 kv.m sahəni əhatə edir. Zalda 100-dən çox idmançı cüdo ilə məşğul olacaq.

3832 oxunub

InvestAZ