XƏBƏR LENTİ
31 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025
24 İyul 2025
22 İyul 2025
21 İyul 2025



Bakıda “Böyük İpək Yolu” turnirinə start verildi
İdman 11:05 / 12.04.2025

Bakıda kişi və qadın boksçular arasında keçirilən "Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışa ev sahibliyi edən Boks Mərkəzində ilk gün 1/8 final mərhələsi ilə yadda qalıb. Bu mərhələdə ümumilikdə 24 döyüş keçirilib.

Azərbaycan millisinin kişi boksçuları ilk yarış günündə uğurlu çıxışları ilə yadda qalıblar. Onlardan beşi 1/4 final mərhələsinə vəsiqə qazanaraq növbəti mərhələdə mübarizəni davam etdirmək hüququ əldə ediblər.

Turnirin ikinci günündə qadın boksçular da rinqə çıxacaq. Qarşılaşmalar saat 14:00-da start götürəcək.

Qeyd edək ki, beynəlxalq turnirdə 9 ölkənin milli komandası təmsil olunur. Boks bayramı kimi dəyərləndirilən yarışın qalibləri aprelin 15-də müəyyənləşəcək.


5115 oxunub

InvestAZ