XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



BOK Los-Anceles-2028-in proqramında dəyişikliklər edib
İdman 10:09 / 12.04.2025

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının proqramında bir sıra dəyişikliklər edib. Dəyişikliyə əsasən kişi futbol komandalarının sayı 16-dan 12-yə endirilərkən, qadınlar turnirində iştirakçı komanda sayı 12-dən 16-ya artırılıb.

Boksda gender bərabərliyini təmin etmək məqsədilə qadınların yarışlarına əlavə çəki kateqoriyaları əlavə edilib. Beləliklə, həm kişilər, həm də qadınlar 7 fərqli çəkidə mübarizə aparacaqlar. Əvvəlki Olimpiya proqramında kişilər 8, qadınlar isə 5 çəki dərəcəsində yarışırdılar.

Atletika, kamandan oxatma, qolf, bədii gimnastika, stolüstü tennis və avarçəkmə yarışlarının qarışıq formatlı növlərinin sayı artırılıb. 3x3 basketbol üzrə kişi və qadın komandalarının sayı 8-dən 12-ə yüksəldilib, su polosu yarışlarına isə qadınlardan iki yeni komanda əlavə olunub.

İdman dırmanmasında isə medallar artıq ayrı-ayrı növlərdə - boulderinq və qayayadırmanma üzrə veriləcək. Bu dəyişiklik idmançılara daha geniş imkanlar yaradacaq.
Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunları iyulun 14-dən 30-dək keçiriləcək.



17131 oxunub

InvestAZ