XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqası: Pley-in mərhələsində ilk oyunlara yekun vuruldu
İdman 23:15 / 11.04.2025

Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin ilk oyunları başa çatıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, pley-in seriyalarında ilk oyun Gəncə İdman Sarayında oynanılıb. "Gəncə" basketbolçuları oyunun sonuna 58 saniyə qalmış geridönüşü reallaşdıraraq "Lənkəran”ı 96:92 hesabı ilə məğlub ediblər. Abşeron Olimpiya İdman Kompleksində "Abşeron” və NTD klubları arasında keçirilmiş seriyanın ilk oyununda yerli komanda 88:74 hesablı qələbəyə sevinib. "Ordu” - "Quba” oyununda isə hərbçilər 91:83 hesablı qələbə qazanıblar. "Sumqayıt” basketbolçuları yerli azarkeşlər önündə "Sərhədçi"yə 97:123 hesabı ilə məğlub olaraq, seriyadakı ümumi hesabda 0:1 geri düşüblər.

Qeyd edək ki, pley-in seriyalarında növbəti oyunlar 13 və 14-də keçiriləcək. Seriyada ən tez iki qələbə qazanmış klublar pley-off'a vəsiqə qazanacaqlar.



15499 oxunub

InvestAZ