XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Konfrans Liqasında 1/4 finala qələbə ilə start verənlər – İngilislər, italyanlar və ispanlar önə keçdi
İdman 01:54 / 11.04.2025

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Gərgin mübarizələrlə yadda qalan qarşılaşmalar nəticəsində səfər komandalarının üstünlüyü nəzərə çarpıb.

Günün ən diqqətçəkən qarşılaşmalarından biri Varşavada baş tutub. İngiltərənin "Çelsi" klubu səfərdə Polşa təmsilçisi "Legiya"nı darmadağın edib – 3:0. London təmsilçisi cavab görüşü öncəsi növbəti mərhələyə vəsiqə üçün böyük üstünlük qazanıb.

İspaniyanın "Betis" komandası isə öz meydanında Polşa "Yagelloniya"sını 2:0 hesabı ilə məğlub edərək azarkeşlərini sevindirib. Sevilya təmsilçisi oyuna nəzarəti əlində saxlayaraq layiqli qələbə qazanıb.

İtaliya təmsilçisi "Fiorentina" Sloveniya səfərində "Sele” ilə üz-üzə gəlib və minimal üstünlüklə qalib ayrılıb – 2:1. Qonaqların erkən qolları hesabı təmin etsə də, meydan sahiblərinin son dəqiqələrdə vurduğu qol cavab qarşılaşmasına ümidləri artırıb.

İsveçdə keçirilən "Yurqorden" – "Rapid" duelində isə Avstriya təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edərək səfərdən sərfəli nəticə ilə dönüb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 17-də keçiriləcək.



3939 oxunub

InvestAZ