XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



2030-cu ildə Qış Olimpiya Oyunları Alp dağlarında keçiriləcək
İdman 23:31 / 10.04.2025

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası Olimpiya evində təşkil olunmuş hibrid formatda keçirilən iclasda mühüm qərar qəbul edib. İclasda BOK-un 2030-cu il Qış Olimpiya Oyunlarının Fransanın Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

BOK-un icraçı direktoru Kristof Dubi məlumat verərək bildirib ki, Fransız Alplarında keçiriləcək bu oyunlar Parisdə təşkil olunmuş BOK-un 142-ci sessiyasında təsdiq edilib. Oyunların konkret keçirilmə yeri Overn-Rona-Alp dağları və Provans-Alp-Cot d Azur bölgələrində olacaq.

"2030-cu il Qış Olimpiya Oyunlarının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb”, – deyə Dubi qeyd edib.

Bu qərar 2030-cu ilin Qış Olimpiya və Paralimpiya Oyunlarının Fransanın iki bölgəsində təşkil olunacağına dair son mərhələnin başladığını göstərir.


12931 oxunub

InvestAZ