XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



BOK-un yeni prezidenti Olimpiya evinin qonağı olub
İdman 11:34 / 10.04.2025

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni seçilmiş prezidenti Kirsti Koventri Lozannadakı Olimpiya evində olub. Qonağı BOK prezidenti Tomas Bax, baş direktor Kristof de Keper və digər əməkdaşlar qarşılayıblar. Tomas Bax xanım Koventriyə çiçək dəstəsi təqdim edib. Onlar Olimpiya evinin simvolik pilləkənləri fonunda şəkil çəkdiriblər.

Yeni seçilmiş BOK prezidenti tədbirdə çıxışı edib. "Bu görüş uzun müddət yaddaşımda qalacaq. Burada olmaqdan çox məmnunam. Heç vaxt təsəvvür edə bilməzdim ki, nə vaxtsa burada dayanacağam. Hər birinizə təşşəkkür edirəm”, - deyə Kristi Koventri qeyd edib.

Məlumat üçün bildirək ki, Zimbabvedən olan Kirsti Koventri üzgüçülük üzrə iki qat Olimpiya çempionudur. O, martın 20-də Yunanıstanın Kosta Navarino şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 144-cü sessiyası zamanı BOK-un 10-cu prezidenti və BOK tarixinin ilk qadın prezidenti seçilib.

Xatırladaq ki, o, BOK-un prezidenti kimi fəaliyyətinə iyun ayında başlayacaq.



14297 oxunub

InvestAZ