XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Rafinya: “Birinci qolda ofsayt olduğunu düşündüm, qorxdum”
İdman 10:02 / 10.04.2025

"Barselona"nın ulduz futbolçusu Rafinya Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Borussiya Dortmund" üzərindəki 4:0 hesablı qələbəsindən sonra oyunla bağlı fikirlərini bölüşüb. Braziliyalı hücumçu ilk qolda əvvəlki epizodun onu bir qədər təşvişə saldığını etiraf edib.

"Düzünü desəm, birinci qoldan öncə elə bildim ki, ofsayt var. Buna görə də çox qorxdum. Hər zaman qol vurmaq istəyirəm. Topa toxunuş isə tamamilə instinkt idi”, - deyə Rafinya bildirib.

O, həmçinin həmin epizodda ötürmə edən gənc müdafiəçi Pau Kubarsidən üzr istədiyini də deyib: "Top hələ xətti keçməmişdi, amma mən toxundum. Ona xoşbəxt olmasını, bunun onun üçün assist kimi hesablanacağını söylədim (gülür)".

Görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə parlaq çıxış edən Rafinya yarımfinal şanslarını da dəyərləndirib: "İndidən yarımfinalda olduğumuzu deyə bilmərəm. Gələn həftə bizi bir oyun daha gözləyir. Belə oyunlar həmişə çətin olur".

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı aprelin 15-də Almaniyada təşkil olunacaq. Cütün qalibi yarımfinalda "İnter" - "Bavariya" oyunun qalibi ilə qarşılaşacaq.


4012 oxunub

InvestAZ