XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Sablyaçılarımız dünya birinciliyində mübarizəni dayandırdı
İdman 13:43 / 09.04.2025

Azərbaycanın yeniyetmə və gənc qılıncoynadanlardan ibarət milliləri Çinin Usi şəhərində keçirilən dünya birinciliyində mübarizəni dayandırıb.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət sablya üzrə millimiz ilk görüşdə Polşa yığmasına 41:45 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb. 

Oğlan sablyaçılarımız ümumi sıralamada 22-ci yerdə qərarlaşıb.

Fərəh Abasova, Leyla Əhmədova, Zərifə Hüseynova və Valentina Zeynalovadan ibarət sablya yığması isə qızların komanda yarışında ilk görüşünü qələbə ilə başa vurub. Komanda honkonqlu rəqiblərini 45:37 hesabı ilə məğlub edib.

"8-liy"ə yüksəlmək uğrunda qarşılaşmada yığma Bolqarıstana 25:45 hesabı ilə uduzub. Milli 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Çin komandasına 28:45 hesabı ilə məğlub olub. Ardınca Misir millisinə 31:45 hesabı ilə uduzan qız sablyaçılarımız sonuncu görüşdə Qazaxıstan təmsilçilərinə 45:41 hesabı ilə qalib gələrək ümumi sıralamada 15-ci olub.


3733 oxunub

InvestAZ