XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Bu gün qadın voleybolçular arasında XIX turun oyunları keçiriləcək
İdman 10:09 / 09.04.2025
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçiriləcək. Tur çərçivəsində azarkeşləri maraqlı və gərgin idman mübarizəsi gözləyir.
Günün ilk oyunu UNEC və "Gəncə” komandaları arasında olacaq. Qarşılıqlı razılığa əsasən görüş Gəncə İdman Sarayında baş tutacaq və saat 14:00-da start götürəcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan UNEC bu matçda ilk xalını qazanmağa çalışacaq.
Günün davamında iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılacaq. Saat 16:00-da lider "Abşeron” çempionatın üçüncüsü "Azərreyl”lə üz-üzə gələcək. 46 xalla turnir cədvəlinə başçılıq edən "Abşeron” mövqeyini möhkəmləndirmək, "Azərreyl” isə rəqibə yaxınlaşmaq əzmindədir.
Turun son oyunu saat 18:00-da başlayacaq. "Murov Az Terminal” turnir cədvəlinin ikinci pilləsindəki "Milli Aviasiya Akademiyası”na qarşı qüvvəsini sınayacaq. 39 xalı olan "Milli Aviasiya Akademiyası” zirvə yarışında qələbə seriyasını davam etdirmək istəyir.

3756 oxunub

InvestAZ