XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: iki güləşçimiz finala vəsiqə qazandı
İdman 22:31 / 08.04.2025

Slovakiyada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ikinci yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da finalçılar müəyyənləşib.

Mübarizəyə 1/4 finaldan qoşulan Nürəddin Novruzov (61 kq) albaniyalı dünya çempionu və Avropa ikincisi Zəlimxan Abakarovla bacarmayıb – 2:11.

Ağanəzər Novruzov (74 kq) debütdə belaruslu Yaqor Akuliçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Gənc güləşçimiz 1/4 finalda gürcüstanlı Giorgi Elbakidzedən güclü olub – 5:3. A.Novruzov finalın bir addımlığında albaniyalı olimpiya medalçısı Çermen Valiyevə 0:6 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Həlledici görüşdə rəqib bolqarıstanlı Ramazan Ramazanov olacaq.

Arseniy Djioyev (86 kq) 1/8 finalda rusiyalı olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Artur Nayfonova (UWW) minimal fərqlə uduzub – 1:2.

Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahalyuka (11:0) və belaruslu Yaraslav Yadkovskiyə (10:0) tam üstünlüklə qalib gəlib. Təmsilçimiz yarımfinalda gürcüstanlı dünya ikincisi Miriani Maysuradzeni 5:2 hesabıyla üstələyib. Osman finalda yunanıstanlı Dauren Kuruqliyevlə qarşılaşacaq.

Yarışa 1/4 finaldan start verən Giorgi Meşvildişvili (125 kq) macarıstanlı 3 qat Avropa mükafatçısı Vladislav Baytsayevə 5:0 hesabıyla qalib gəlib. Olimpiya medalçımız yarımfinalda isə gücünü belaruslu Yanis Xramiankova göstərib – 8:5 . G.Meşvildişvili qızıl medal uğrunda gürcüstanlı Solomon Manaşviliylə güləşəcək.


12782 oxunub

InvestAZ