XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qadın futbolçularımız Monteneqro ilə səfərdə heç-heçə edib
İdman 22:18 / 08.04.2025

Azərbaycanın qadınlardan ibarət milli komandası UEFA Millətlər Liqasının C Liqası çərçivəsində səfərdə Monteneqro yığması ilə 1:1 hesablı bərabərlik əldə edib.

Nikşiç şəhərində keçirilən görüşdə millimizin heyətində Manə Mollayeva 54-cü dəqiqədə hesabı açıb. Lakin ev sahibləri 90+2-ci dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər.

Hazırda 5 xala malik Azərbaycan yığması IV qrupda ikinci pillədə qərarlaşıb. Siyasət Əsgərovun komandası növbəti və son oyununu mayın 30-da Bakıda Litva yığmasına qarşı keçirəcək.



13949 oxunub

InvestAZ