XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında pley-in oyunlarının təqvimi açıqlanıb
İdman 15:16 / 08.04.2025

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, aprelin 10-da Gəncə İdman Sarayında "Gəncə” "Lənkəran”la, Abşeron Olimpiya Kompleksində isə "Abşeron” NTD ilə üz-üzə gələcək.

Aprelin 11-də Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt” - "Sərhədçi”, Abşeron Olimpiya Kompleksində "Ordu” - "Quba” görüşləri baş tutacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Sərhədçi" görüşünün qalibi 1/4 finalda "Sabah"la, "Gəncə" - "Lənkəran" matçında qələbə qazanan tərəf "Şəki" ilə üz-üzə gələcək. "Ordu" - "Quba" görüşündə üstün olan tərəf növbəti mərhələdə "Neftçi" ilə, "Abşeron" - NTD matçının qalibi isə "Naxçıvan"la qarşılaşacaq.


13911 oxunub

InvestAZ