XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün daha beş sərbəst güləşçimiz qitə çempionatında xalça üzərinə çıxacaq 
İdman 10:21 / 08.04.2025

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün sərbəst güləş üzrə yığmamızın daha beş üzvü xalça üzərinə çıxacaq. 

Yarışın ikinci günündə 61 kq çəki dərəcəsində Nurəddin Novruzov, 71 kq-da Ağanəzər Novruzov, 86 kq-da Arseniy Cioyev, 92 kq-da Osman Nurmaqomedov və 125 kq-da Giorgi Meşvildeşvili ilk görüşlərini keçirəcəklər.

Bununla yanaşı, 79 kq çəkidə Orxan Abasov təsəlliverici qarşılaşmada iştirak edəcək. İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, mötəbər yarış aprelin 13-dək davam edəcək. Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürür.


13220 oxunub

InvestAZ