XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Lənkəranda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib
İdman 16:51 / 07.04.2025
Lənkəranda Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq şəhər Olimpiya İdman Kompleksində "Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi
keçirilib. "Şahin” hərbi-idman oyununun təşkilində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olmasına kömək göstərmək, "Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir. Lənkəran rayonu ümumtəhsil məktəblərdən təşkil olunmuş 18 komandanın
iştirak etdiyi hərbi-idman oyununda bütün rəqiblərdən üstün olan Haftoni qəsəbə tam orta məktəbinin komandası birinci yeri tutmaqla zona mərhələsinə vəsiqə qazanıb. Hirkan qəsəbə tam orta məktəbi ikinci yerə layiq görülüb. Lənkəran şəhər V.Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseyi üçüncü yerə
sahib çıxıb. Rayon mərhələsinin qalibi olan Haftoni qəsəbə tam orta məktəbinin komandası Lənkəran şəhərində keçiriləcək zona birinciliyində rayonu təmsil edəcək.

5282 oxunub

InvestAZ