XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“İdman hamı üçün” layihəsi Astarada geniş tədbirlə davam etdi
İdman 15:13 / 07.04.2025

Astarada "7 Aprel-Ümumdünya Sağlamlıq Günü" ilə əlaqədar "İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.

Şəhər Gənclər evində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Astara Gənclər evi sosial xidmət müəssisəsinin dəstəyi ilə kütləvi idman tədbirin təşkilində əsas məqsəd yeniyetmə və gənclərin idmana marağının artırılması, yoldaşlıq əlaqələrinə daha çox diqqət yetirmək və asudə vaxtın faydalı keçirilməsi olub.

Kütləvi idman tədbirində iştirak edənlər arasında voleybol və stolüstü tennis idman növləri, nərd və şahmat üzrə oyunlarda öz güclərini sınayıblar
15491 oxunub

InvestAZ