XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Misli Premyer Liqasında gərgin zirvə mübarizəsi: "Qarabağ" və "Zirə" üz-üzə gəlir
İdman 11:28 / 06.04.2025
Bu gün Misli Premyer Liqasının XXIX turu çərçivəsində turun mərkəzi qarşılaşması təşkil olunacaq. Turnir cədvəlinin lideri olan "Qarabağ” öz meydanında yaxın izləyicisi "Zirə”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:30-da start götürəcək.
Hazırda Ağdam təmsilçisi 67 xalla birinci pillədə qərarlaşıb. "Zirə” isə 55 xalla ikinci yeri tutur. Bu baxımdan bugünkü görüş həm çempionluq yarışında, həm də turnir cədvəlindəki balans baxımından böyük əhəmiyyət daşıyır.
Turun digər qarşılaşmasında isə "Sabah” – "Kəpəz” duelinə şahidlik ediləcək. "Bank Respublika Arena”da baş tutacaq oyun saat 17:00-da başlanacaq. Paytaxt klubu 36 xalla beşinci, Gəncə təmsilçisi isə 24 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün təşkil olunan  turun açılış oyununda "Səbail” klubu "Turan Tovuz”u qəbul edib və görüş qolsuz bərabərliklə başa çatıb.


5598 oxunub

InvestAZ