XƏBƏR LENTİ
08 Aprel 2025
07 Aprel 2025
06 Aprel 2025



Azərbaycan xizəkçiləri Dünya Kubokunda çıxış ediblər
İdman 11:01 / 06.04.2025
Aprelin 4-5-də İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində xizək alpinizmi üzrə Dünya Kubokunun növbəti mərhələsi keçirilib. 
Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mötəbər yarışda Azərbaycan milli komandasının üzvlərindən Nəzrin Qəribova və Seyid Sədrəddinov da iştirak ediblər.
Sprint növü üzrə keçirilən yarışlarda Nəzrin Qəribova 21 ölkədən olan 62 idmançı arasında 33-cü yeri tutub. Kişilər arasında bu növdə mübarizə aparan Seyid Sədrəddinov isə 75 iştirakçı arasında 67-ci pillədə qərarlaşıb.
Yarışın qarışıq estafet (mixed relay) növündə də güclərini sınayan idmançılarımız 42 cütlük arasında 37-ci nəticəni göstəriblər.
Qeyd edək ki, xizək alpinizmi üzrə Dünya Kuboku Beynəlxalq Dağ Xizəkçiliyi Federasiyası (ISMF) tərəfindən təşkil olunur və qitənin ən aparıcı idmançılarının iştirakı ilə keçirilir.

757 oxunub

InvestAZ