XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



La Liqada çempionluq uğrunda mübarizə gərginləşir - "Barselona" fürsəti qaçırdı
İdman 10:04 / 06.04.2025

Futbol üzrə İspaniya La Liqasında çempionluq uğrunda mübarizə gərgin şəkildə davam edir. 30-cu turun oyunlarında lider "Barselona" klubu əzəli rəqibi "Real Madrid"in xal itkisindən yararlana bilməyib. Kataloniya təmsilçisi doğma meydanda "Real Betis" klubunu qəbul edib və qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə ilə Hans Flikin komandası vacib iki xalı əldən verərək zirvədəki mövqeyini daha da möhkəmləndirmək şansını qaçırıb. "Barselona" klubunun hazırda aktivində 67 xalı var. 

Xatırladaq ki. "Real Madrid" də bu turda sürpriz nəticəyə imza ataraq məğlub olub. "Kral klubu" 63 xalla ikinci pillədə qərarlaşıb. Bir oyun az keçirən Madrid "Atletikos"su isə 57 xalla üçüncüdür. 


14824 oxunub

InvestAZ