XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Murov Az Terminal” Gəncədə əzmkar qələbə qazandı
İdman 16:28 / 05.04.2025
Qadın voleybolçular arasında keçirilən Yüksək Liqada XVIII turun oyunlarına yekun vurulub. Aprelin 5-də baş tutan turun növbəti qarşılaşmasında "Murov Az Terminal” komandası səfərdə "Gəncə” klubu ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında təşkil olunan görüş gərgin mübarizə şəraitində keçib. Oyuna üstün başlayan qonaqlar ilk seti 25:15 hesabı ilə qazanaraq təşəbbüsü ələ alıblar. İkinci setdə toparlanan "Gəncə” voleybolçuları 25:22 hesablı qələbə ilə hesabı bərabərləşdirsə də, növbəti setlərdə "Murov Az Terminal” komandasının təcrübəsi öz sözünü deyib. Üçüncü seti 25:22, dördüncü isə dramatik sonluqla - 28:26 hesabı ilə qazanan qonaqlar matçdan 3:1 hesablı ümumi qələbə ilə ayrılıblar.


17147 oxunub

InvestAZ