XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Antonio Konte "Juventus"a qayıdır? – Yeni mövsüm üçün əsas namizəd
İdman 14:30 / 05.04.2025
"Juventus" klubunda baş məşqçi dəyişiklikləri ilə bağlı sular durulmur. İtaliya mətbuatının yaydığı məlumata görə, Turin təmsilçisi növbəti mövsüm üçün baş məşqçi postuna Antonio Konteni əsas namizəd kimi görür.
Klub rəhbərliyi mövsüm ərzində komandanın qeyri-sabit çıxışından narazıdır və yeni dövrə daha təcrübəli, klubu yaxşı tanıyan bir çalışdırıcı ilə başlamaq istəyir. Bu baxımdan, Konte ideal seçim kimi qiymətləndirilir.
Antonio Konte "Juventus"un uğurlu dövrlərindən birinə rəhbərlik edib. O, 2011-2014-cü illərdə "qoca sinyora"nın baş məşqçisi olmuş, bu müddətdə üç ardıcıl A Seriyası çempionluğu qazanmışdı. Sonrakı illərdə "Çelsi", "İnter" və "Tottenhem" klublarında çalışan Konte hazırda "Napoli" klubunun baş məşqçisidir. 


16654 oxunub

InvestAZ