XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Jamal Musiala 2 ay yaşıl meydanlardan uzaq qalacaq
İdman 13:54 / 05.04.2025
Almaniyanın "Bayern Münhen" klubunun gənc ulduzu Jamal Musiala zədə səbəbilə komandadan kənarda qalacaq. Klubun rəsmi məlumatına görə, almaniyalı futbolçu Bundesliqanın XXVIII turunda, "Auqsburq"la oyunda (3:1) dizindən aldığı zədəyə görə təxminən 2 ay müddətinə sıradan çıxıb. 
Həkimlərin ilkin diaqnozuna əsasən, Musialanın bud nahiyəsindəki əzələlərində gərginlik aşkarlanıb və onun tam bərpası üçün ən azı 8 həftəlik müalicə və reabilitasiya prosesi tələb olunur.
Qeyd edək ki, Musiala cari mövsümdə 9 qol və 6 assistlə yadda qalıb. Gənc futbolçunun may ayının sonunda meydana qayıtması gözlənilir.

16396 oxunub

InvestAZ