XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqada XVIII tura yekun vurulur
İdman 11:16 / 05.04.2025
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura yekun vurulacaq. Son oyun Gəncədə baş tutacaq.
Turun bağlanış matçında "Gəncə” klubu "Murov Az Terminal” kollektivini qəbul edəcək. Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.
Turnir cədvəlində 24 xalla dördüncü pillədə qərarlaşan "Gəncə” qələbə sayəsində mövqeyini möhkəmləndirməyə çalışacaq. Beşinci yerdə olan və 18 xala malik "Murov Az Terminal” isə xal fərqini azaltmaq niyyətindədir.
Qeyd edək ki, XVIII turun ötən gün baş tutan görüşlərində "Abşeron” "Milli Aviasiya Akademiyası”na, "Azərreyl” isə UNEC-ə eyni - 3:0 hesabı ilə qalib gəlib.

16136 oxunub

InvestAZ