XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Misli Premyer Liqası: “Turan Tovuz” “Səbail”in qonağı olacaq
İdman 10:39 / 05.04.2025
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIX tura start veriləcək. Turun ilk qarşılaşması paytaxtda baş tutacaq.
"ASCO Arena”da reallaşacaq oyunda "Səbail” öz meydanında "Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanı FİFA referisi Rəşad Əhmədov idarə edəcək. Oyun saat 17:00-da start götürəcək.
Hazırda turnir cədvəlində 43 xalla dördüncü pillədə qərarlaşan "Turan Tovuz” Avropa kuboklarına vəsiqə uğrunda mübarizəsini davam etdirir. Son sırada olan və yalnız 19 xal toplaya bilən "Səbail” isə mövsümün sonuna yaxın təhlükəli zonadan uzaqlaşmağa çalışır.
Qeyd edək ki, XXIX turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.

16452 oxunub

InvestAZ