XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Atletiko"nun şikayəti rədd edildi, cəza yalnız cərimə ilə yekunlaşdı
İdman 10:09 / 05.04.2025
"Atletiko"nun şikayəti rədd edildi, cəza yalnız cərimə ilə yekunlaşdı

UEFA "Atletiko" klubunun şikayətinə əsasən "Real Madrid" klubunun ulduz futbolçuları – Antonio Rüdiger, Kilian Mbappe və Dani Sebalyos cəzalandırıb. Qurum yalnız maliyyə cəzası ilə kifayətlənərək, oyunçulara meydandan kənarda qalmaq cəzası tətbiq etməyib.
Qərara əsasən, müvafiq olaraq Rüdigerə 40 min avro cərimə və 1 oyunluq şərti diskvalifikasiya (UEFA turnirlərində), Mbappeyə 30 min avro cərimə + 1 oyunluq şərti diskvalifikasiya, Sebalyosa isə 20 min avro cərimə (diskvalifikasiya olmadan) kəsilib.
Şərti diskvalifikasiya 1 il ərzində təkrar qayda pozuntusu halında aktivləşəcək.
Vinisius Junior isə hər hansı bir cəzaya məruz qalmayıb.
Qeyd edək ki, "Atletiko" klubu  Çempionlar Liqasının 1/8 finalında "Real Madrid" klubunun oyunçularının qol sevinci zamanı qeyri-adekvat davranışlarına görə UEFA-ya şikayət etmişdi. Həmin oyunda "Kral klubu" penalti seriyasında rəqibinə qalib gələrək 1/4 finala vəsiqə qazanmışdı. 


15152 oxunub

InvestAZ