XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüş olub
İdman 20:46 / 04.04.2025

Gənclər və idman naziri Fərid Qayıbov mart ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Azərbaycan İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca F.Qayıbov ölkəni beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və onlara yeni qələbələr arzulayıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılan uğurları əks etdirən videoçarxlar nümayiş olunub. Sonra atletika, atıcılıq, akrobatika gimnastikası, aerobika gimnastikası, bədii gimnastika, kişi idman gimnastikası, boks, cüdo, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, taekvondo, üzgüçülük, kapoeyra, MMA, qazaq güləşi, uşu idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.


15476 oxunub

InvestAZ