XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnaziadada iştirak edəcək taekvondoçularla görüş olub
İdman 16:40 / 04.04.2025
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev Gimnaziada İdman Oyunlarına yola düşən milli komandamızın üzvləri ilə görüşüblər.
Bu barədə Azərbaycan Taekvondo Feerasiyasının mətbuat xidmətindən məlumat verilib. 
Yığmanın yarışa hazırlığı ilə maraqlanan ATF rəsmiləri aprelin 4-dən 14-dək Serbiyanın Zlatibor şəhərində keçiriləcək ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçularımıza uğurlar arzulayıb, qələbə qazanacaqlarına ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmiz Gimnaziadada 18 idman növündə 191 idmançı ilə təmsil olunacaq.

15768 oxunub

InvestAZ