XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yığma komandaların təlim-məşq toplanışının yekunları müzakirə edildi
İdman 16:07 / 04.04.2025
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mənzil-qərargahında vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə növbəti iclas keçirilib. 
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iclasda  yığma komandaların məşqçiləri ilə yanaşı, inzibatı heyətin əməkdaşları da iştirak ediblər. İclasda yığma komandamızın təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və gələcək yarışlara hazırlıq səviyyəsi müzakirə olunub. İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib. Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.

18022 oxunub

InvestAZ