XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Prezident Kuboku" üçüncü dəfə Avropa Kanoe Assosiasiyasının rəsmi təqvimində yer alıb
İdman 12:44 / 04.04.2025

Avropa Kanoe Assosiasiyası "ECA” "Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar 2025-ci il 28 aprel tarixində Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə "Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-u Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 2-də yarışların final görüşləri keçiriləcək.

Xatırladaq ki, "Prezident Kuboku-2023” və "Prezident Kuboku-2024” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.


15678 oxunub

InvestAZ