XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



La Liqa "Barselona" ilə bağlı bəyanatını sildi – klub məhkəməyə müraciət edə bilər
İdman 14:15 / 04.04.2025

İspaniya La Liqası klubun təsdiqi və qanuni əsaslandırması olmadan yayımladığı bəyanatı silib. Həmin  bəyanatda "Barselona"nın maliyyə məsələləri, o cümlədən auditorların adları kimi şəxsi məlumatlar yer alırdı. Bu isə İspaniyanın məlumatların qorunması qanunlarının pozulması kimi qiymətləndirilib.

Məlumata görə, La Liqa yayımladığı açıqlamada məlumatın şəffaflığını və qorunmasını təmin edə bilmədiyi üçün geri addım atıb. Bu addım "Barselona"nın hüquqi tədbirlər görmək imkanını gündəmə gətirib. Klubdan məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilir.

Hazırda bununla bağlı nə La Liqa, nə də "Barselona" rəhbərliyi rəsmi açıqlama verməyib. Lakin bu hadisənin iki tərəf arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə biləcəyi ehtimal edilir.


14606 oxunub

InvestAZ