XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Xuan Laporta: ""Barselona"nı meydandan kənarda məğlub etməyə çalışırlar"
İdman 12:10 / 04.04.2025

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta komandanın son durumu və La Liqa ilə yaşanan məsələlərlə bağlı açıqlama verib.

Laporta "Real Madrid" və Kilian Mbappe ilə bağlı sualları cavabsız qoyaraq, "Məni problemə sürükləməyə çalışdığınız suallara cavab verməyəcəyəm” deyə bildirib. O, trebl arzusuna toxunaraq, "Yuxularımda nələr gördüyümü desəm, inanmazsınız" sözləri ilə zarafat edib.

"Barselona"nın yeni baş məşqçisi Hans Flik barədə danışan Laporta onun komandaya uyğun bir məşqçi olduğunu vurğulayıb: "O, inanılmaz iş görür. Flik hər zaman hazır olduğuna və "Barselona"nı daha yaxşı anladığına görə ona təşəkkür edirəm”.

La Liqanın son açıqlamaları və Dani Olmo ilə Pau Viktorun qeydiyyatı ilə bağlı yayılan xəbərlər barədə də fikirlərini bölüşən Laporta deyib: "Xəbər oyundan əvvəl yayıldı və bu, bizə narahatlıq yaratdı. Lakin oyunçular güclərini toparladılar və nə baş verdiyini anladılar. Qeydiyyat bütün federasiya və La Liqa tələblərinə uyğun aparılıb”, deyə klub prezidenti vurğulayıb.

Laporta "Barselona"nın hər turnirdə yüksək səviyyədə mübarizə apardığını qeyd edərək, azarkeşləri bu anın dadını çıxarmağa çağırıb: "Biz bilirik ki, meydanda bizi məğlub edə bilmirlər. Onlar bunu meydandan kənarda etməyə çalışırlar, amma bu, bizə təsir etməyəcək”.

Sonda isə "Barselona"nın uğur qazanmaq üçün bütün imkanlara malik olduğunu bildirən Laporta Flik və oyunçuların tam dəstəklənməli olduğunu vurğulayıb.


15582 oxunub

InvestAZ