XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan basketbol millisi Serbiyada keçiriləcək Gimnaziadaya yollanıb
İdman 11:21 / 04.04.2025

Azərbaycanın 15 yaşadək oğlanlar və qızlardan ibarət 3x3 basketbol milliləri Serbiyada təşkil olunacaq Gimnaziadada ölkəmizi təmsil edəcək.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oğlanlardan ibarət yığmaya baş məşqçi Zaur Paşayev rəhbərlik edir. Komandanın heyətində Rəvan Məmmədyarov, Yunis Gəncəliyev, Faiq Kərimov və Tunar Hacızadə yer alıb.

Qızlardan ibarət milli isə baş məşqçi Tatyana Deniskinanın rəhbərliyi altında çıxış edəcək. Komandanın heyətində Aylin Niftəliyeva, Aylin Əkbərzadə, Nəzrin Almazova və Günel Məmmədli yer alıb.

Basketbolçularımız bu gün yarışın keçiriləcəyi Zlatobir şəhərinə yola düşüblər.

Qeyd edək ki, Serbiyada təşkil olunan Gimnaziada bu gün start götürəcək və aprelin 14-dək davam edəcək.



15394 oxunub

InvestAZ