XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan və Avropa Üzgüçülük Federasiyaları əməkdaşlığı genişləndirir
İdman 15:41 / 03.04.2025

Aprelin 3-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti Antoniu Silva ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə üzgüçülük idmanının inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb. Həmçinin Avropa Üzgüçülük Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Avropa Üzgüçülük Federasiyasının vitse-prezidenti Josip Varvodiç və digər şəxslər iştirak ediblər.


17902 oxunub

InvestAZ