XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan millisi FIFA reytinqində gerilədi
İdman 11:06 / 03.04.2025

Azərbaycan milli futbol komandası FIFA-nın yenilənmiş reytinqində iki pillə geriləyib.

"Report" xəbər agentliyinin məlumatına görə, ali futbol qurumunun rəsmi saytında yayımlanan son sıralamada milli komanda 1160 xalla 119-cu yerdə qərarlaşıb.

Bu geriləmənin əsas səbəbi komandanın beynəlxalq yoldaşlıq oyunlarında uğursuz çıxış etməsidir. Fernandu Santuşun baş məşqçilik etdiyi yığma Haiti (0:3) və Belarus (0:2) komandalarına məğlub olub.

Qeyd edək ki, FIFA reytinqi komandaların son nəticələrinə və ümumi performansına əsasən hesablanır. Azərbaycanın növbəti oyunlarında göstərəcəyi nəticələr bu sıralamada irəliləməsinə və ya geriləməsinə təsir göstərəcək.


14582 oxunub

InvestAZ