XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Finalın adı "El Klasiko": "Barselona" və "Real Madrid" Kral Kubokunun finalında üz-üzə gələcək
İdman 01:41 / 03.04.2025

Futbol üzrə İspaniya Kral Kubokunda ikinci finalçının adına aydınlıq gəlib. Yarımfinal mərhələsinin ikinci oyun günündə "Atletiko Madrid" və "Barselona" komandaları qarşılaşıb. Oyun Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi 27-ci dəqiqədə fərqlənən Ferran Torres olub. Bu komandalar arasında keçirilən ilk oyunda 4:4 hesabı qeydə alınmışdı. Beləliklə, iki oyunun nəticəsinə görə Hans Flikin komandası final mərhələsinə vəsiqə əldə edib. "Barselona"nın fialdakı rəqibi ötən gün "Real Sosiedad"ı mübarizədən kənarlaşdıran "Real Madrid" klubu olacaq. Həlledici oyun aprelin 26-da Sevilya şəhərindəki "La Kartuxa" stadionunda təşkil olunacaq. 




13500 oxunub

InvestAZ