XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
İdman 18:06 / 02.04.2025

Azərbaycan böyüklərdən ibarət cüdo millisi Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirə 41 ölkədən 489 idmançı qatılacaq.

Yığma yarışda 10 çəki dərəsində 21 cüdoçu(13 kişi, 8 qadın) ilə təmsil olunacaq.

Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elxan Məmmədovla Slavko Tekiç, qadınlardan ibarət millininbaş məşqçisi Amina Abdullatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Kişilər arasında Murad Muradlı, Elbrus Zamanov (hər ikisi 60 kq), Kamran Süleymanov, Eltac Yusifli, Bəhram Qurbanlı, Qasım Vəlizadə (hamısı 66), kq), İbrahim Əliyev, Aydın Rzayev (hər ikisi 73 kq), Kərim Allahverdiyev (81 kq), Vüqar Talıbov, Murad Fətiyev, Məmmədrza Hacızadə və İbrahim Ağakişiyev (hamısı 90 kq) mübarizə aparacaq.

Qadınların yarışındaisə Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli, Aytac Qardaşxanlı (hamısı 70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) qalib olmağa çalışacaq.

Qeyd edək ki, yarış aprelin 5-6-dabaş tutacaq.


4903 oxunub

InvestAZ