XƏBƏR LENTİ
15 Dekabr 2025
14 Dekabr 2025
13 Dekabr 2025



Azərbaycan Kuboku: "Araz-Naxçıvan"dan yarımfinalın ilk oyununda qalib gəldi
İdman 19:12 / 02.04.2025

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilib. İlk oyunda "Araz-Naxçıvan” "Qarabağ”la qarşılaşıb və minimal hesabla qalib gəlib. "Liv Bona Dea Arena”da keçirilən matçın yeganə qolunu 28-ci dəqiqədə penalti zərbəsindən Felipe Santos vurub.

Yarımfinalın digər oyununda bu gün "Neftçi” "Sabah”ı qəbul edəcək. Görüş "Neftçi Arena”da saat 19:30-da başlayacaq.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 23-də keçiriləcək.


12074 oxunub

InvestAZ