XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qalatasaray" İstanbul derbisində qalib gələrək yarımfinala yüksəldi
İdman 00:19 / 03.04.2025

Türkiyə Kubokunun 1/4 final mərhələsində keçirilən İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Ülker Arenada təşkil olunan qarşılaşmada "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin vurduğu iki qol qonaqlara qələbə qazandırıb. "Fənərbağça" isə yalnız bir qolla yadda qalıb. Oyunun son dəqiqələrində yaşanan gərginlik nəticəsində "Fənərbağça"dan bir, "Qalatasaray"dan isə iki futbolçu qırmızı vərəqə alıb.

Bu qələbə ilə "Qalatasaray" yarımfinalda "Konyaspor"la qarşılaşacaq. Digər yarımfinalçı "Trabzonspor" isə sabah keçiriləcək "Beşiktaş" - "Göztepe" matçının qalibi ilə üz-üzə gələcək. 


15505 oxunub

InvestAZ