XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Klublararası Dünya Çempionatı: Mükafat fondu 1 milyarda çatır
İdman 17:45 / 26.03.2025

FIFA-nın bu il yeni formatda təşkil edəcəyi klublararası dünya çempionatının mükafat fondu 1 milyard dollar olacaq.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sözügedən mükafat 32 klub arasında bölüşdürüləcək. Turnirin qalibi 125 milyon dollara qədər qazanmaq imkanı əldə edəcək. Ümumilikdə 475 milyon dollar idman nailiyyətlərinə, 525 milyon dollar isə turnirdə iştiraka görə ödəniləcək.

Ən böyük ödənişləri Avropa klubları alacaq. Məbləğ reytinq və gəlirdən asılı olaraq 12,81 - 38,19 milyon dollar aralığında dəyişəcək. Cənubi Amerika təmsilçiləri 15,21 milyon dollar, qalan iştirakçılar isə 9,55 milyon və daha aşağı məbləğ qazanacaqlar.

Qeyd edək ki, 15 iyun – 13 iyul aralığında ABŞ-də keçiriləcək dünya çempionatında ilk dəfə 32 komanda təmsil olunacaq.


10479 oxunub

InvestAZ