XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Karatenin inkişafı üçün yeni əməkdaşlıq
İdman 15:40 / 02.04.2025

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) İctimai Birliyi və Azərbaycan Karate Federasiyası (AKF) arasında görüşü keçirilib.

Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə iki qurum arasında əməkdaşlıq, birgə layihələr və qarşılıqlı tədbirlərin təşkili müzakirə edilib. AKF-nin baş katibi Qabil Sayadov qurumun fəaliyyət istiqamətləri, həmkarlar ittifaqları ilə əməkdaşlığın əhəmiyyəti və karatenin inkişaf perspektivlərindən danışıb.

AHİTA İB-nin direktoru Tural Qasımov isə idmanın həmkarlar ittifaqları çərçivəsində rolu və idmançıların dəstəklənməsi üçün görüləcək işlər barədə fikirlərini bölüşüb. O, idmanın inkişafına və idmançılarıın dəstəklənməsinə hər zaman önəm verdiklərini söyləyib. Bu əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrin idmançılar üçün yeni imkanlar yaradacağını bildirib.


6765 oxunub

InvestAZ