XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycanın ən güclü şahmatçıları mükafatlandırıldı 
İdman 10:06 / 02.04.2025

Azərbaycanın gənc şahmatçıları arasında keçirilən ölkə çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar iştirak ediblər.

Müxtəlif yaş kateqoriyalarında Kənan Babasoy, Mələk Əsədli (8 yaşadək), Atilla Orman, Mehriban Əhmədli (10 yaşadək), Nurlan Əzizli, Fatimə Mirzəliyeva (12 yaşadək), Paşam Əlizadə, Səadət Bəşirli (14 yaşadək), Rüstəm Rüstəmov, Ayan Hüseynli (16 yaşadək), Rəvan Uguzov, Nurtən Nuriyeva (18 yaşadək) birinci olublar.

Çempionatın bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, yarışda 136 şahmatçı mübarizə aparıb.



17392 oxunub

InvestAZ