XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İqor Tudor "Yuventus"un yeni baş məşqçisi oldu
İdman 21:25 / 27.03.2025

"Yuventus"un yeni baş məşqçisi İqor Tudor ictimaiyyətə təqdim edilib. Xorvatiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, Turin klubuna yayda keçiriləcək Klublararası Dünya Çempionatının sonuna qədər rəhbərlik edəcək. Əgər "Yuventus" Çempionlar Liqasına yüksəlsə, müqavilə daha bir il uzadılacaq.

47 yaşlı Tudor şənbə günü A Seriyasında "Cenoa" ilə ilk oyununa çıxacaq. Qeyd edək ki, "Yuventus" uğursuz nəticələr səbəbindən Tyaqo Motta ilə yollarını ayırıb. Tudor, 1998-2007-ci illərdə "Yuventus"un futbolçusu olub və 2020/21 mövsümündə Andrea Pirlonun köməkçisi kimi çalışıb.


11105 oxunub

InvestAZ